DİSTANT SATIŞ MÜQAVİLƏSİ
Maddə 1: TƏRƏFLƏR VƏ MÖVZU
Bu müqavilənin tərəfləri aşağıdakı kimidir:
- Xidmət təqdimedən (Mütəxəssis həkim və ya Konsultant həkim və ya Psixoloq və ya Dietoloq və ya Laborator analizi icra edən qurum)
- Alıcı (MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ)
- Satıcı- vasitəçi : SİNAPSMED MMC (Elektron poçt: info@sinapsmed.com)
Bu müqavilə Alıcı (MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) `nin onlayn platformlar vasitəsilə təqdim olunan tibbi məsləhət və ya analiz xidməti satın almasında tərəflərin qarşılıqlı hüquqlarını ve öhdəliklərini tənzimləyir.
- SİNAPSMED MMC tərəfindən təqdim edilən tibbi konsultasiya xidməti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan HƏR HANSI BİR TİBBİ XİDMƏTƏ ƏVƏZEDİCİ SAYILA BİLMƏZ.
- Azərbaycan Respublikası ərazisində müalicə və profilaktika işlərinin təşkil olunması yalnız Səhiyyə Nazirliyinin və sertifikasiya etdiyi qurum və şəxslərin səlahiyyətindədir.
- Xidmətlər paketi xəstə və həkimin bir yerdə olmasını labüd edən hallarda ənənəvi tibbi muayinənin əvəzi sayilabilməz.
- Xəstəliklərin tibbi diaqnozu və müalicəsi üçün həkimə bilavasitə müraciət edilməsi lazım olan vəziyyətlərdə və təcili vəziyyətlərdə vaxt itirmədən yaşadığınız yerin təcili tibbi yardım nömrəsinə zəng edilməlidir.
- Həkim tərəfindən onlayn görüş nəticəsində məsləhət alıcısına tövsiyyə olunan dərman preparat(lar)I resept yerinə keçə bilməz, dərman istifadəsini uyğun edən reseptlər yalnız Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya edilən qurumlarda xidmət göstərən həkimlər tərəfindən yazılabilər.
- Alıcı (və/və ya MƏSLƏHƏT ALICISI və/vəya XİDMƏT İSTİFADƏÇİSİ) bu mövzularda bu müqavilənin əlavəsində təqdim olunan “İSTİFADƏÇİ MƏLUMATLANDIRMASI VƏ RAZILIQ MÜQAVİLƏSİ” vasitəsi ilə detallı olaraq məlumatlandırılmış ve razılığı alınmışdır.
Maddə 2: MÜQAVİLƏNİN MÜDDƏTİ
- Bu müqavilənin müddəti Alıcı (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ)` nin öncədən təyin olunan məbləği ödəməsi ilə birgə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri ilə başlayır, onlayn platformlarla müəyyən olunan randevu tarixində müqavilənin mövzusunu təşkil edən xidmətin mütəxəssis və ya konsultant həkim və ya psixoloq və ya dietoloq tərəfindən verilməsi ilə sona çatır.
Maddə 3: MÜQAVİLƏNİN QİYMƏTİ
Bu müqavilədə bəhs olunan xidmətlər qarşılığında alınacaq məbləğin miqdarı Alıcı`ya (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) bildirilən miqdar qədərdir və xidmətin satın alındığı internet portalında (www.sinapsmed.com) yerləşdirilmişdir.
Maddə 4: MÜQAVİLƏ MÖVZUSUNUN ƏSAS XÜSUSİYYƏTLƏRİ :
- Xidmətlər paketi MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ`nə seçdiyi xidmətə uyğun olaraq mütəxəssis həkim və ya konsultant həkim və ya psixoloq və ya dietoloq ilə müvafiq mövzularda məsləhət alma imkanı təqdim edəcəkdir.
- ALICI’nın onlayn olaraq satın aldığı xidmət paketinə dair randevu detalları ALICI`nın qeydiyyatdan keçərkən bildirdiyi elektron poçt ünvanına göndəriləcəkdir.
- Konsultasiya xidmətinin təqdim edilmə vaxtı ALICININ randevu tarixi olaraq seçdiyi vaxtdır.
- Həkimlər ilə görüşlərin müddəti həkimin gərək gördüyü qədər olmaqla yanaşı maksimum 30(OTUZ) dəqiqədir.
- HƏKİM XİDMƏT İSTİFADƏÇİSİNƏ müxtəlif test (analiz) və ya radioloji müayinələrdən keçməsini tövsiyyə edə bilər. Bu testlər alınan xidmətə daxil deyil və XİDMƏT İSTİFADƏÇİSİ üçün 3. tərəf qurumlarda ödəniş etməklə gerçəkləşdirilə bilər və ya sinapsmed.com portalında ödəniş edilərək Sinapsmed MMC ilə anlaşması olan 3. tərəf qurumlarda icra edilə bilər.
- Həkim testlərin cavabına baxmaq üçün onlayn görüşmə və ya məktublaşma-zəngləşmə üsulunu seçəbilər. Bunlar tamamən dietoloqun qərarından asılıdır.
- MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ`nin randevu bitişindən başlayaraq test və analiz cavablarını göstərmək üçün 10 (ON) gün ərzində həkimlə ödənişsiz təkrari görüşmək haqqı vardır. Bu görüşlərin vacibliyinə və sayına HƏKİM tərəfindən qərar verilir. Təkrari görüş SİNAPSMED idarə komandası tərəfindən təşkil olunaraq randevu tarixi sizə bildiriləcəkdir.
- Randevu bitimindən etibarən 10 (ON) günü aşan zaman dilimində MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ HƏKİMLƏ təkrarən görüşmək istəyərsə, əvvəlki qaydada qeydiyyatdan keçərək ödəniş etməli və randevu almalıdır.
- Dietoloq ilə görüşlərin müddəti dietoloqun gərək gördüyü qədər olmaqla yanaşı maksimum 30(OTUZ) dəqiqədir.
- Dietoloq XİDMƏT İSTİFADƏÇİSİNƏ müxtəlif test (analiz) və ya radioloji müayinələrdən keçməsini tövsiyyə edə bilər. Bu testlər alınan xidmətə daxil deyil və XİDMƏT İSTİFADƏÇİSİ üçün 3. tərəf qurumlarda ödəniş etməklə gerçəkləşdirilə bilər və ya sinapsmed.com portalında ödəniş edilərək Sinapsmed MMC ilə anlaşması olan 3. tərəf qurumlarda icra edilə bilər.
- Dietoloq testlərin cavabına baxmaq üçün onlayn görüşmə və ya məktublaşma-zəngləşmə üsulunu seçəbilər. Bunlar tamamən dietoloqun qərarından asılıdır.
- MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ`nin randevu bitişindən başlayaraq test və analiz cavablarını göstərmək üçün 10 (ON) gün ərzində dietoloq ilə ödənişsiz təkrari görüşmək haqqı vardır. Bu görüşlərin vacibliyinə və sayına DİETOLOQ tərəfindən qərar verilir. Təkrari görüş SİNAPSMED idarə komandası tərəfindən təşkil olunaraq randevu tarixi sizə bildiriləcəkdir.
- Randevu bitimindən etibarən 10 (ON) günü aşan zaman dilimində MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ DİETOLOQ ilə təkrarən görüşmək istəyərsə, əvvəlki qaydada qeydiyyatdan keçərək ödəniş etməli və randevu almalıdır.
- Psixoloq görüşlərində randevu alınan seansların hər birinin müddəti 45 (QIRXBEŞ) dəqiqədir.
- MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ psixoloq ilə seans xaricində email vasitəsi ilə əlaqə yarada bilər, lakin psixoloqun bu emaillərə cavab yazmaq öhdəliyi yoxdur.
- Randevunun həyata keçirilməsi ilə əlaqədar gecikmələrin yaşanması durumlarında ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) SİNAPSMED idarə komandası tərəfindən məlumatlandırılacaq və randevu tarixinin dəyişdirilməsi və ya ödənilmiş bütün məbləğin göndərənə geri qaytarılması seçimləri təqdim olunacaqdır.
- Hərhansı bir səbəbdən xidmət qarşılığı ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) tərəfindən ödənilməzsə və ya bank tərəfindən ləğv olunarsa XİDMƏT TƏQDİMEDƏN xidmət paketini təqdim etmək öhdəliyindən, SİNAPSMED MMC isə vasitəçilik öhdəliyindən azad olmuş hesab olunur.
- Bu müqavilə ALICI’nın portaldakı randevu alma səhifəsində yerləşən və yanında DİSTANT SATIŞ MÜQAVİLƏSİNƏ əlavə olaraq “İSTİFADƏÇİ MƏLUMATLANDIRMASI VƏ RAZILIQ MÜQAVİLƏSİ”nin də oxunaqlı formada görüntülənəbiləcəyi bir linkin də yerləşdirildiyi TƏSDİQLƏMƏ qutusunu işarələməsi ilə qüvvəyə minmiş olur; randevu vaxtında ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ)`nə XİDMƏT TƏQDİMEDƏN tərəfindən onlayn mühitdə xidmətin təqdim olunması ilə yerinə yetirilmiş olur.
Maddə 5: ALICININ (VƏ/VƏ YA MƏSLƏHƏT ALICISI VƏ/VƏYA XİDMƏT İSTİFADƏÇİSİ) BƏYAN VƏ ÖHDƏLİKLƏRİ
- ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) xidmət paketinin xüsusiyyətləri, qiyməti və ödəmə üsulu ilə bağlı Satıcı (SİNAPSMED portalı) tərəfindən onlayn qaydada təqdim olunan məlumatları oxuduğunu, anladığını, tam olaraq məlumatlandırıldığını, bilgiləndiyini və elektronik mühitdə təsdiqlədiyini bəyan edir.
- ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) seçmiş olduğu xidmət paketinin həyata keçirilə bilməsi üçün SİNAPSMED.COM portalına qeydiyyat zamanı təqdim etdiyi şəxsi məlumatların və həkim tərəfindən görüş zamanı alınan şəxsi sayılan tibbi xarakterli məlumatlarının tibbi və elmi araşdırmalarda istifadə, həmçinin, portal tərəfindən təqdim olunan xidmətlərin inkişaf etdirilməsi məqsədilə məhdud olmaq şərtilə qeydə alınmasına, işlənməsinə və saxlanmasına açıq şəkildə razılıq verir.
- HƏKİM tərəfindən hər bir PASİYENT (XƏSTƏ) üçün xəstənin adı, soyadı, ata adı, doğum tarixi və yeri, yaşadığı unvan, şəxsiyyət vəsiqəsinin nömrəsi də daxil olmaqla tibbi/qeyri-tibbi lazımi məlumatlar daxil edilərək xəstəlik tarixi hazırlama və həkimin şəxsi arxivində saxlama hüququ vardır. Həkim randevu sonrası hazırlanmış həmin xəstəlik tarixini SİNAPSMED portalına ötürəcəkdir, bu məlumatlar SİNAPSMED portalı tərəfindən işlənərək portalın provayderlərində arxivlənəcəkdir.
- Psixoloq tərəfindən də 3-cü bənddə yazıldığı kimi məlumatların toplanması və saxlanması hüququ vardır, lakin bu məlumatlar HEÇ BİR HALDA SİNAPSMED portalı tərəfindən TƏLƏB EDİLMİR. SİNAPSMED portalı sadəcə qeydiyyat zamanı daxil edilən bütün məlumatları qeydə almaq, işləmək və saxlamaq hüququna malikdir.
- Alıcı (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) tələb və şikayətlərini Satıcı`ya (SİNAPSMED portalı) info@sinapsmed.com ilə çatdırabilər. ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) bu tələb və şikayətləri mümkün olan ən qısa müddətdə qiymətləndirərək ALICI’ya (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) randevu üçün qeydiyyatdan keçərkən bildirdiyi əlaqə vasitələri üzərindən cavab verəcəkdir.
- Hərhansı bir səbəbdən xidmət qarşılığı ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) tərəfindən ödənilməzsə və ya bank tərəfindən ləğv olunarsa XİDMƏT TƏQDİMEDƏN xidmət paketini təqdim etmək öhdəliyindən, SİNAPSMED portalı isə vasitəçilik öhdəliyindən azad olmuş hesab olunur.
- Randevu vaxtında görüntülü, səsli və ya mesajlaşma yolu ilə gerçəkləşdiriləcək görüşdə MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ`nin iştirak etməməsi kimi hallarda ödənilən məbləğin Satıcı (SİNAPSMED MMC) tərəfindən qaytarılması öhdəliyi yoxdur.
- Bu müqavilə ALICI’nın portaldakı randevu alma səhifəsində yerləşən və yanında DİSTANT SATIŞ MÜQAVİLƏSİNƏ əlavə olaraq “İSTİFADƏÇİ MƏLUMATLANDIRMASI VƏ RAZILIQ MÜQAVİLƏSİ”nin də oxunaqlı formada görüntülənə biləcəyi bir linkin də yerləşdirildiyi TƏSDİQLƏMƏ qutusunu işarələməsi ilə MADDƏ-1`də bildirilən tərəflər üçün qüvvəyə minmiş olur; randevu vaxtında ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ)`nə XİDMƏT TƏQDİMEDƏN tərəfindən onlayn mühitdə xidmətin təqdim olunması ilə yerinə yetirilmiş olur.
- ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) bu müqaviləni onlayn/elektronik mühitdə təsdiq etməklə XİDMƏT TƏQDİMEDƏN tərəfindən təqdim olunan konsultasiya xidməti haqqında tam və düzgün olaraq məlumat aldığını təsdiqləmiş olur.
- SİNAPSMED portalı ALICI`ya (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) heç bir xəbərdarlıq etmədən bu müqavilələrin mətnində gələcəkdə düzəlişlər etmək və ya dəyişdirmək hüququnu özündə saxlayır.
Maddə 6: BİLDİRİŞLƏR VƏ DƏLİL MÜQAVİLƏSİ
- Bu müqavilə nəzdində tərəflər arasındakı hər növ yazışma, icbari hallar istisna olmaqla, ALICI `nın (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) bəyan etdiyi elektron poçt adresi və mobil operator və ya “Whatsapp” əlaqə nömrəsi üzərindən gerçəkləşdiriləcəkdir.
- Bu müqavilədən qaynaqlanması mümkün olan ixtilaflı hallarda XİDMƏT TƏQDİMEDƏN’in şəxsi, rəsmi qeydləri, öz məlumat bazası (ing. Database), provayderlərində saxladığı məlumatlar, habelə hazırladığı xəstəlik tarixi və kompyuter qeydləri bağlayıcı, dəqiq və xüsusi dəlil olaraq qəbul olunur. Bu maddə dəlil sözləşməsi olaraq qəbul edilir.
Maddə 7: TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
- Distant məsləhətalma/konsultasiya xidməti şəxsidir. Konsultasiya xidməti üçün ödənilən məbləğ bir nəfərin istifadəsi üçün nəzərdə tutulmuşdur və istifadə haqqı 3-cü şəxslərə və/və ya qurumlara ötürüləbilməz.
- Həm ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) həm də XİDMƏT TƏQDİMEDƏN tərəfindən görüşlərin səsli və ya görüntülü, həmçinin ekran görüntüsü şəklində nüsxələnməsi, saxlanılması və paylaşılması qadağandır!
Maddə 8: MÜQAVİLƏDƏN İMTİNA HÜQUQU
- Elektron mühitdə vaxtında yərinə yetirilən və ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) ilə XİDMƏT TƏQDİMEDƏN arasında gerçəkləşən onlayn görüş üçün ALICI tərəfindən ödənilən məbləğin geri qaytarılması heç bir halda mümkün deyil.
- ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) randevu saatından 14 saat əvvələ qədər xidmət üçün etdiyi müraciətiinfo@sinapsmed.comelektron poçt ünvanına xidmətdən imtina tələbi göndərərək cəzasız ləğv edə bilər. Ödənişi edilən randevuya 14 saatdan az qaldığı təqdirdə isə randevu üçün ödənilmiş məbləğdən 20 (iyirmi) faiz kəsir tutularaq ləğv edilə bilər. İmtina tələbindən sonrakı 48 saat ərzində verilən bank hesabı nömrəsinə müvafiq məbləğin geri qaytarılması prosesi başlayacaqdır.
Maddə 9: TƏBLİĞAT VƏ İXTİLAF HALLARI
- Mövzusu müqavilədən qaynaqlanan hər cür təbliğat üçün ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) tərəfindən qeydiyyatdan keçərkən bildirilən elektron poçt ünvanı vəinfo@sinapsmed.comelektron poçt ünvanını qanuni əlaqə vasitəsi kimi qəbul və bəyan edir və öhdəlik götürürlər.
- SİNAPSMED.COM onlayn tibbi məsləhət, teletibb, onlayn konsultasiya və onlayn psixoterapiya xidmətləri təqdim edən portaldır. SİNAPSMED.COM öz sahəsində ixtisaslaşmış həkimlər, konsultant həkimlər, dietoloqlar və ixtisaslı psixoloqlar ilə tibbi məsləhət alıcılarını onlayn rabitə texnologiyaları vasitəsilə calaşdırır.
- SİNAPSMED MMC tərəfindən vasitəçilik edilən xidmətlərin gerşəkləşməsi nəticəsində yarana biləcək tibbi malpraktis, şəxsi məlumatların gizlinliyi hüququnun pozulması kimi hallarda SİNAPSMED MMC HEÇ BİR ŞƏKİLDƏ MƏSULİYYƏT DAŞIMIR VƏ GÜNAHLANDIRILA BİLMƏZ. Bu kimi neqativ halları XİDMƏT TƏQDİMEDƏN və MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ öz aralarında həll etməlidirlər.
- Həkim tərəfindən onlayn görüş nəticəsində məsləhət alıcısına tövsiyyə olunan dərman preparat(lar)ı resept yerinə keçə bilməz, dərman istifadəsini uyğun edən reseptlər yalnız Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya edilən qurumlarda xidmət göstərən həkimlər tərəfindən yazıla bilər.
- Tövsiyyə olunan dərman preparatlarının əsas və əlavə təsirlərindən qaynaqlanabiləcək hər növ mənfi halın məsuliyyəti YALNIZCA MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ-ə aiddir və bu kimi hallarda nə XİDMƏT TƏQDİMEDƏN nə də SİNAPSMED MMC məsuliyyət daşımayacaqlar və heç bir halda günahlandırıla bilməzlər.
- Bu müqavilədən irəli gələn və ya onunla bağlı istənilən mübahisə danışıqlar yolu ilə həll edilməlidir.
- Tərəflər arasında yaranmış mübahisə və ixtilaflı hallar danışıqlar yolu ilə həll edilmədikdə, həmin mübahisələrə məhkəmələr yolu ilə baxılır.
- Bu müqavilədən və müqavilənin tətbiq olunmasından qaynaqlanma ehtimalı olan hər növ ixtilaf halını həll etmək üçün sadəcə Azərbaycan Respublikası Bakı şəhəri inzibati məhkəmələrinə müraciət etmək ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) tərəfindən qəbul və bəyan edilir və öhdəlik götürülür.
Maddə 10: QÜVVƏYƏ MİNMƏ
- 10 (ON) maddədən və 1 əlavədən ibarət olan bu müqavilə ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ) tərəfindən elektron mühitdə oxunaraq təsdiq olunmaqla əqdolunmuş və xidmət qarşılığının ödənməsi ilə dərhal qüvvəyə minmiş sayılır.
ƏLAVƏ İSTİFADƏÇİ MƏLUMATLANDIRMASI VƏ RAZILIQ MÜQAVİLƏSİ TƏRƏFİMƏ TƏQDİM OLUNAN TİBBİ MƏSLƏHƏTLƏŞMƏ VƏ KONSULTASİYA XİDMƏTİNİN ƏHATƏ DAİRƏSİ HAQQINDA YAZILI OLARAQ VERİLƏN MƏLUMATA ƏSASƏN;
- Onlayn xidmətlərdən istifadə edərək seçim etdiyim sahədə ixtisaslaşmış mütəxəssis həkim (və ya konsultant həkim və ya dietoloq və ya psixoloq) tərəfindən təqdim olunan xidmətin əhatə dairəsində sağlamlığım haqqında məsləhət alacağıma
- Göstərilən xidmətin xəstə və həkimin bir yerdə olmasını labüd edən vəziyyətlərdə ənənəvi tibbi müayinəni əvəzləyə bilməyəcəyinə
- Hər cür tibbi diaqnoz, müalicə və tibbi təqib kimi ehtiyaclar üçün müstəqil iradəmlə seçdiyim quruma və həkimə müraciət etməyimin və fiziki olaraq müayinə olmağımın vacib olduğuna
- Sağlamlığımla əlaqəli olan və təcili müdaxiləni vacib edən durumlarla əlaqədar ən yaxın xəstəxanaya müraciət etməyim vəya yaşadığım yerdəki təcili tibbi yardım mərkəzi ilə əlaqə saxlamağım gərəkdiyinə
- Əks təqdirdə yaşanabiləcək mənfi nəticələrdən xidmət təqdim edən mütəxəssis həkimin (və ya konsultant həkim vəya psixoloq və ya dietoloq), həmçinin SİNAPSMED MMC-nin heç bir halda məsuliyyət daşımayacağına və ya təqsirli göstərilə bilməyəcəyinə
- Onlayn görüşün başlama zamanının, formatının (yazışmalı,səsli, görüntülü və ya video-audio-tekstual şəkildə), görüşmənin müddətinin, başlanan görüşmənin sonlandırılmasının və görüşmə ərzindəki bütün mövzularda son qərar səlahiyyətinin görüşmə halında olduğum həkim mütəxəssisə (və ya konsultant həkimə və ya psixoloqa və ya dietoloqa) aid olacağına
- Onlayn görüş ərzində yanımda məndən başqa heçkimin olmayacağına, yanımda hərhansı şəxsin olması halında görüş halında olduğum həkim mütəxəssisə (və ya konsultant həkimə vəya psixoloqa və ya dietoloqa) məlumat vermək məcburiyyətində olduğuma
- Texniki səbəblərdən dolayı görüşün kəsilmə ehtimalının olduğuna və ya faydalı olmama ehtimalına
- Onlayn görüş ərzində həm MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ, həmçinin xidmət təqdim edən həkim-mütəxəssis (və ya konsultant həkim və ya psixoloq və ya dietoloq) tərəfindən videogörüntü, səs, yazılı və ya ekran görüntüsü alınmasının qadağan edildiyinə
- Tibbi ehtiyac səbəbindən videogörüntü, səs,yazı və ya ekran görüntüsü şəklində məlumat saxlamaq lazım olduğu hallarda MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ’nə öncədən xəbər vermək və şifahi razılığını almaq şərtilə yalnız XİDMƏT TƏQDİMEDƏN həkim-mütəxəssis’in (və ya konsultant həkim və ya psixoloq və ya dietoloq) bunu edəbiləcəyinə, MƏSLƏHƏT ALICISI və/vəya XİDMƏT İSTİFADƏÇİSİ’nin heç bir halda belə bir haqq iddia və ya tələb edəbilməyəcəyinə DAİR yazılı olaraq məlumatlandırıldım. Mövzu ilə əlaqədar əlavə məlumat almaq üçün əlaqə kanalları tərəfimə təqdim olunmuşdur.
Bu müqaviləyə razılıq verdiyim mərhələdə tərəfimə təqdim olunan bütün məlumatlandırma mətnlərini oxuduğumu, anladığımı və bu halı ilə qəbul etdiyimi, görüşün hansı formada gerçəkləşdiriləcəyi haqqında kifayət qədər məlumatlandırıldığımı və təqdim olunan xidmətdən bu bilgiləndirmələrə uyğun olaraq istifadə edəcəyimi qəbul və bəyan edirəm. Bu sənəd ALICI (və/və ya MƏSLƏHƏT ALICISI və/və ya XİDMƏT İSTİFADƏÇİSİ), Xidmət təqdimedən (Mütəxəssis həkim və ya Konsultant həkim və ya Psixoloq və ya Dietoloq) , Satıcı- vasitəçi (SİNAPSMED MMC) arasında razılaşdırılaraq təsdiqlənir.