MƏXFİLİK SİYASƏTİ

"sinapsmed.com" saytına xoş gəlmisiniz (bundan sonra "sayt").

"Sizin şəxsi məlumatlarınızın məxfiliyi və təhlükəsizliyi bizim üçün çox böyük əhəmiyyət kəsb etdiyindən, şəxsi məlumatlarınızın toplanması və idarə olunmasını yüksək ehtiyatlılıq dərəcəsi ilə həyata keçiririk. Biz onların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görürük. Burada Siz “sinapsmed.com” saytına daxil olarkən və təklif etdiyimiz xidmətlərdən istifadə edərkən şəxsi məlumatlarınızın “SİNAPSMED MMC” şirkəti tərəfindən emalı ilə bağlı əsas məlumatlarla tanış ola bilərsiniz.

"Sizdən həmçinin, “sinapsmed.com” saytının xidmət şərtlərimiz haqqında ətraflı məlumatın əks olunduğu"İstifadəçi razılaşması"bölməsi ilə tanış olmağınızı xahiş edirik.

Şəxsi məlumatların nəzarətçisi kimdir?

"Aşağıda sizin şəxsi məlumatlarınızın nəzarətçisi qismində çıxış edən Nizami rayonu C. Naxçvanski küç. 94 B, mən. 76, Bakı şəhəri., Аzərbaycan ünvanı üzrə qeydiyyatdan keçmiş, VÖEN: 1604962741 olan “SİNAPSMED” MMC şirkəti tərəfindən həyata keçirilən şəxsi məlumatlarınızın emalı üzrə əsas məlumatlar təqdim olunur.

Hansı şəxsi məlumatlar emal olunur və nə üçün?

“SİNAPSMED” MMC şirkəti Sizin sifariş verərkən və məhsul alarkən bizə təqdim etdiyiniz şəxsi məlumatlarınızı, eləcə də “sinapsmed.com” saytında olduğunuz zaman nəzərdən keçirdiyiniz və ya istifadə etdiyiniz xidmətlər haqqında məlumatları emal edir. Beləliklə, sayt ad və soyad, çatdırılma və hesab ünvanı, saytda nəzərdən keçirdiyiniz məlumatlar və Sizin müştəri vərdişləriniz haqqında məlumatları toplaya bilər. Sizin şəxsi məlumatlarınız aşağıdakı məqsədlər üçün emal olunur:

  • "sinapsmed.com" saytında təklif olunan məhsullar üzrə alqı-satqı müqavilələrinin bağlanması və yerinə yetirilməsi;
  • "sinapsmed.com" saytında abunəlik kimi xidmətlərin göstərilməsi;
  • Saytda qeydiyyat və qeydiyyatdan keçmiş istifadəçilərə təqdim olunan xidmətlərdən istifadə;
  • Müştəri xidmətimizə yönləndirilmiş sorğulara nəzarət.

Alış-veriş zamanı müştərinin daxil etdiyi bank kartı məlumatları sayt yaxud satıcı tərəfindən saxlanılmır.

Qeyd olunan hallarda, tərəfinizdən xüsusi qaydada sorğu olunmuş xidmətlərin göstərilməsi üçün Sizin şəxsi məlumatlarınızın emalı Sizinlə bağlanmış Müqavilənin yerinə yetirilməsi çərçivəsində qanunidir.

Biz, həmçinin, istifadəçilərin saytla necə qarşılıqlı əlaqə qurduğunu anlamaq və təqdim etdiyimiz təkliflərimizi və xidmətlərimizi gələcəkdə daha da yaxşılaşdırmaq üçün statistik tədqiqatlar və məlumat təhlilini birgə aparırıq.